Brief
Biznes proeselərinin idarə edilməsi- BPM nədir?

Biznes proeselərinin idarə edilməsi- BPM nədir?

Biznes proeselərinin idarə edilməsi- BPM nədir? sualı ilə başlayaq BPM (Business Process Management) Azərbaycan dilinə tərcümə edildikdə, biznes proseslərinin idarə edilməsi olaraq bilinir. Biznes proseslərinin idarə edilməsi deyildikdə, şirkətlərin işlərini görmə üsulunu modelləşdirmək üçün şirkət içində görülən işləri ələ alan bir sistem nəzərdə tutulur.

BPM müəssisələrdə sayıla biləcək müddətlərin ortaya çıxması, aktlaşdırılması, daha da yaxşılaşdırılması və addımların avtomatlaşmasını hədəfləyir. Müəssisələrdə ən önəmli məsələlərdən biri olan maliyyə məsələləri də BPM vasitəsi ilə asanlıqla həyata keçirilə bilər. Belə ki, performans kriteriyalarının ortaya çıxarılması, iş prosesi müddətinin maliyyə məsələləri, şəxsi iş keyfiyyətinin müəyyən edilməsi və izlənilməsi BPM ilə əlaqəlidir. Təklif etdiyi fürsətlərə istinadən iş dünyası tərəfindən məqbul hesab edilən BPM sistemləri sürətli, elastik daha uyğun qiymətə iş prosesi müddətinin modellənməsini hədəfləyir. Bununla həmin iş proseslərinin nəzarət altında saxlanması, müəssisənin iş görmə qaydalarının standartlaşdırılması və müddətin əksik olan tərəflərini aradan qaldıraraq müştəriyə daha düzgün iş təqdim oluna bilər.

BPM qeyd olunan fürsətləri təqdim etməklə birlikdə ERP ya da CRM kimi bir tədbiqetmə deyil. Həmçinin hər hansı bir tədbiqetmənin ekvivalenti deyil. BPM-in hazır komponentləri vardır, müəyyən infrastruktura malikdir lakin infrasturukdur və komponentlər müəyyən proseslərə görə müəyyən qaydalara salınıb, birləşdirilərək məhsullar meydana gəlir.

Qısacası biznes proeselərinin idarə edilməsi sistemi (BPM):

  • İş prosesi müddətinin nəzarət olunması
  • Prosesin yaxşılaşdırılması
  • Prosesin izlənilməsi
  • İT və iş dünyası arasındakı münasibətin asanlaşdırılması
  • Proseslərinin cəmidir.

BPM ilk dəfə olaraq proseslərin texnologiya alətləri vasitəsi ilə avtomatlaşdırılması məqsədi ilə meydana çıxmışdır. Lakin daha sonra inkişaf edərək insan müdaxiləsinə ehtiyac duyulacaq addımları da daxil edərək prosesi genişlətmişdir.

Proses müddətlərinin modellenənməsi zamanı ortaq bir dil mövcud olması üçün BPMN dili təşkil olunur. OMG tərəfindən standartlaşdırılan iş prosesinin idarə edilməsinin təqdimatı iş proseslərində istifadə olunan bütün prosesi modelləyəcək şəkildə irəli sürülmüşdür. 2011-ci ildən etibarən BPMN 2.0 dili  cari versiya olaraq istifadə olunmaqdadır

İşgüzar ifadə vasitəsi və İT dünyasındakı izah və qavrama fərqi artıq bir sıra problemlər gətirib çıxarırdı. Bu isə öz növbəsində BPM sisteminin yaranmasına bir səbəb idi.İT və işgüzar dünyanın  ortaq dili isə BPMN (Business Process Management Notation)- İş Prosesi İdarəetmə Bildirişi deməkdir.

Biznes proeselərinin idarə edilməsi sisteminin (BPM) harada tədbiq olunduğuna nəzər salaq:

  • Sifariş və satışın idarəsi
  • Sənədləşdirilmə işləri
  • Xəstəxana proseslərinin avtomatlaşdırılması
  • İstehsal sahəsinin bütün istiqamətləri
  • Bütün növ nəzarət və qiymətləndirmə təcrübələri
  • Sığorta, Bank və Maliyyə tədbiqetmələri
  • Universitet və fakültələr
  • İnformasiya telekommunikasiya sahəsində
  • Danınma və logistika sahələrində

Bazarda 3 fərqli növdə BPM platforması mövcuddur.

Üfiqi platformalar iş proseslərinin elastik və azad mühitdə dizayn edilməsi və inkişaf etdirilməsində maraqlıdırlar. Ümumi olaraq, texnologiya və təkrar istifadəyə fokslanmışdır. Xüsusilə, qarışıq, tez-tez dəyişən və kifayət qədər istisnası olan müddət üçün ən uyğun inkişaf modelini təmin edir.

Şaquli BPM platformaları bəlli bir koordinasiya içərisində yaradılmış vəzifə setləri və hazır formada olur. Beləliklə, uyğun ünsürlərin bir araya gətirilməsi yolu ilə sürətli dizayn və inkişafa fokuslanılır. Üfüqi BPM platformaları elastikliyi az olmaqla birlikdə proses kodlaşdırması, prosesin modelləşdirilməsi olduqca asan olduğu bir inkişaf platformasıdır

Tam xidmət BPM platformalarında  sadəcə texnoloji ünsürlərə və ya işin asanlığına görə deyil, iş prosesinin əvvəldən axıra kimi idarəsinə fokuslanırlar. Prosesin tapılması, məhdudlaşdırılması, modelləndirilməsi və dizayn kimi funksiyaları icra edilə bilir. Xüsusilə, böyük təşkilatı mühitlərdə prosesin idarə edilməsi gərəkdirsə, bu sistemdən rahatlıqla istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published.