Brief
Rəqəmsal Bizneslər – Brief.az

Rəqəmsal Bizneslər – Brief.az

Bu yazıda ölkəmizdə yeni yaranacaq və rəqəmsallaşacaq bizneslər yer alacaq. Həmçinin Rəqəmsal Agentlik kimi sizə nə kimi köməkliklər edə bilərik?

Covid 19 virusundan sonra ölkəmizdə bir çox bizneslər çətin vəziyyətə düşdü. Artıq bəzi şirkətlər artıq işlərini rəqəmsal dünyaya daşımağa başlayırlar. Eyni zamanda virusdan sonra artıq bazarda yeni şirkətlərdə ortaya çıxacaq. Hazırda yaşanan çatışmazlıqlarla bağlı nə kimi şirkətlər ortaya çıxa bilər və ya hansı sahəyə yatırım edə bilərsiniz? Sualına qısa cavab verəcəyik.

1. Kuryer şirkətləri: Hazırda ən böyük sıxıntılarımızdan biri kuryer şirkətləridir. Daxili kuryer sistemini qura bilməyən kifayət qədər böyük şirkətlərimiz var, eyni zamanda ayrıca kuryer şirkətlərinin formalaşması baş tutacaq. Hazırda bazarda fəaliyyət göstərən kuryer şirkətlərinin bir çoxunun qiymətləri yüksək şəkildədir və bu bir çox kiçik sahibkarlara kömək etmir. Alternativ kimi bazarda Wolt şirkəti var, ancaq o da sadəcə yemək çatdırma ilə məşğul olan şirkətlərdir. Eyni zamanda daxili bazarda Wolt-a rəqib çıxa biləcək hər hanısa bir çatdırma şirkəti mövzud deyil. Bu yerli çatdırma şirkətlərinin olmadığı anlamına gəlmir, Wolt qədər ciddi fəaliyyətlə məşğul olmurlar.
Əlavə olaraq digər məhsulların da çatdırma xidmətinə ehtiyacı var. Məsələn: marketlərdən evə çatdırma və ya apteklərdən evə çatdırma, zoo mağazalardan çatdırma və s kimi çatdırma problemləri var. Yəqin ki, böyük market şəbəkələri öz çatdırma sistemini bundan sonra qurmağa cəht edəcəklər. Ancaq bununla bərabər artıq marketlərdən çatdırma işini görən bir startup da bazarda xidmətini test etməyə başlayıb.

2. E-ticarət. Online ödəmə problemlərinin olduğu bir ölkədə yaşayırıq. Ümid edirik ki, bu böhran halından sonra artıq qanun vericilik online ödəmələrlə bağlı ciddi qərarlar qəbul edəcək və artıq ölkə bazarında e-ticarətlə məşğul olan şirkətlərin sayı artmağa başlayacaq.

3. Elektron tibb: Online şəkildə həkimlərdən konsultasiya almaq və eyni zamanda randevu sistemləri də inkişaf edəcək.

4. Online dərs: Yaranan böhran halından sonra bazarda bir çox kurslar ciddi böhran keçirirlər. Bu proses uzun zaman alarsa bir çox şirkətlər bazardan çıxmaq məcburiyyətində qalacaq. Əvəzində isə artıq bu proseslər online daşınmağa başlayacaq. Çox uzağa getmədən bir mümunə qeyd edim: Qonşu dövlət Türkiyədə artıq bir neçə ildir çatbotlar üzərindən ingilis və alman dillərinin tədrisi həyata keçirilir. Təbii ki, bu tip tədbiqlər hazırda size ancaq orta səviyyəyə qədər inkişaf etdirmə gücündədir. Ancaq əlverişli tərəfi bundan ibarətdir ki, sizin ciddi bir komandaya ehtiyacınız yoxdur, ofisə ehtiyacınız yoxdur, əvəzində isə xidməti kifayət qədər ucuz qiymətə sata bilərsiniz.

5. Marketinq və PR agentlikləri: Hazırda polit, ekonomik və sosial dəyərlər baxımından basqı altında qalan iqtisadiyyat böhran halından sonra daha radikal hal alacaq. Ancaq qısa zamanda baş verəcək bu proses, ardı ilə isə bazar genişlənəcək və daha rahat hala gələcək. Alternativ bizneslərin inkişafı ilə marketinq agentlikləri və reklam bazarı da genişləmə yaşayacaq.


Bizim Rəqəmsal Agentlik olaraq sahibkarlara bu çətin zamanda edə biləcəyimiz köməklik:

1. Rəqəmsal marketinq sahəsində 15 dəqiqəlik call edərək ödənişsiz konsultasiya veriləcək.
2 Ənənəvi marketinq sahəsində 15-20 dəqiqəlik call edərək ödənişsiz konsultasiya veriləcək.
3. E-ticarət sahəsində konsultasiyanın verilməsi
4. Marketinq Planlamanın işlənməsi


Bu kimi bir çox mövzuda sahibkarlara dəstək olmağa hazırıq. Həmçinin tezliklə facebook səhifəmizdə davamlı olaraq canlı yayımlarla sahibkarlar üçün video icmallar yer alacaq.

Leave a Reply

Your email address will not be published.